Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

OnePlus 8 smartfon seriyası - nə zaman?

OnePlus 8 smartfon seriyası - nə zaman?

Tarix: 8 Mart 2020 22:24

Hələ bir neçə müddət bundan öncə internetdə məlumatlar gəzirdi ki, OnePlus şirkəti OnePlus 8 smartfon seriyasını bu il daha tez təqdim edəcək. İndi isə Techradar saytı həmin məlumatı verib. Verilmiş məlumatda qeyd olunub ki, OnePlus şirkətinin planları ilə yaxından əlaqəsi olan mənbə bildirib ki, şirkət OnePlus 8 smartfon seriyasını aprel ayında təqdim edəcək. Güman olunur ki. təqdimat tədbiri təqribi olaraq aprel ayının ikinci həftəsində baş tutacaq. Təbii ki, OnePlus bu məlumatı rəsmi olaraq təsdiqləməyib.

Lakin ortaya çıxmış yeni məlumat doğrudursa deməli şirkət yaxın zamanda OnePlus 8-in təqdimat tarixini elan edəcək. Son məlumat sızıntılarına əsasən OnePlus 8 və OnePlus 8 Pro modelləri 120 Hz-lik təsvir yenilənməsinə sahib ekrana, Snapdragon 865 prosessoruna və sürətli şarj texnologiyasına sahib olacaqlar. OnePlus 8 modeli üçlü arxa kamera, Pro modeli isə dördlü arxa kamera ilə təchiz olunmalıdır. Şirkət hal hazırda həmçinin daha sadələşdirilmiş OnePlus 8 Lite modeli üzərində də çalışır. Lakin onun adi modellər ilə birlikdə təqdim olunub-olunmayacağı bilinmir.

Milli.Az


Etiketlər:  OnePlus 8 smartfon seriyası zaman


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ