Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Feysbuk milyonlarla saxta hesabı sildi

Feysbuk milyonlarla saxta hesabı sildi

Tarix: 8 Mart 2020 22:28

Feysbuk yeni sistemi sayəsində milyonlarla saxta hesabı silib.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, Dərin Varlıq Təsnifatı (DEC) adı verilən süni intellektli sistem saxta hesablarla mübarizə üçün nəzərdə tutulub.
Sistem sayəsində bir hesab mənasız yüzlərlə foto göndərmə kimi son dərəcə şübhəli davranış sərgilədiyində aşkar edilir və silinir.

Bəzi kibercinayətkarlar dost sayını və hesabı aktı saxladıqda köhnə sistemi "aldada" və çoxsaylı saxta hesablar aça bilirdilər. Ancaq yeni sistem istifadəçinin paylaşımlarını və hesabını daha ətraflı araşdırır. Şübhəli hesabı əlaqə yaratdığı bütün dostları, qruplar və səhifələrdə izləyərək saxta və ya həqiqi olduğunu ayırd edir.

Yeni sistem sadəcə saxta hesabları silmir. Eyni zamanda, Feysbukda yaşanan cinsi qısnama, eləcə də digər qanundankənar davranışlar sərgiləyən hesabları aşkarlayaraq bu məlumatları polisə ötürür.


Etiketlər:  Feysbuk milyonlarla saxta hesabı sildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ