Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Daşkənddə ilk elektrobus xəttə buraxılıb

Daşkənddə ilk elektrobus xəttə buraxılıb

Tarix: 9 Mart 2020 06:30

Daşkənddə Çin istehsalı olan ekoloji cəhətdən təmiz "Yutong" markalı ilk elektriklə işləyən avtobus xəttə buraxılıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, 12 metrlik elektrobus bir dəfə enerji ehtiyatı yığdıqdan sonra təxminən 350 kilometr gedir. Avtobusda 32 oturacaq yeri var və sərnişin tutumu 90 nəfərdir.

Elektrobusun qiyməti 380-400 min dollar arasında dəyişir. Özbəkistan gələcəkdə elektrobusun sayını artırmaq niyyətindədir.

Milli.Az


Etiketlər:  Daşkənddə ilk elektrobus xəttə buraxılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ