Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Mart 2020 09:45
Xəbər verdiyimiz kimi, Bakı Bələdiyyə Teatrının aktyoru Tural Əhməd növbəti dəfə oğul atası olub.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, aktyor 5 günlük övladı ilə çəkilmiş şəklini sosial media hesabında yerləşdirib və yazıb:
"Xoş gəldin dünyaya, xoş gəldin yanımıza, xoş gəldin aramıza... Turqayım dünyaya gələndə dərk edə bilmirdim, hislərim qarışıq idi, yavaş-yavaş yaşadım bu atalıq hislərini. Amma Turqayımdan sonra sənin 8 il sonra doğulmağın mənə birbaşa atalıq hislərini yaşada bildi. Səni doğulmamışdan çox istəyirdim, doğulandan sonra da bu istəyin gerçək olduğunun şahidi oldum. Dədəm Qorqud demişkən, adını Turan qoydum, yaşını tale versin. Adınla ucalasan, adınla yüksələsən, adınla böyük olasan əziz oğlum. Sən bizim həyatımıza nə tez, nə də gec gəldin. Sən elə öz yerini bilib vaxtında gəldin bu dünyaya. Elə bir ömür yaşayasan ki, mən Turanın dövründə yaşamışam desinlər... Gəlişin mübarək olsun, Turanım".
Qeyd edək ki, Tural "Ata ocağı", "Qara yazı", "Vicdan haqqı", "Həyat varsa", "Sirr", "Son hədd" kimi seriallarla məşhurlaşıb.