Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ronaldu 1000-ə çatdı

Ronaldu 1000-ə çatdı

Tarix: 10 Mart 2020 10:20

"Yuventus" İtaliya A Seriyasının 26-cı turu çərçivəsində "İnter"i məğlub edib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 2:0 hesabıyla bitən matç Turin təmsilçisinin futbolçusu Kriştianu Ronaldu üçün əlamətdar olub.

Belə ki, Ronaldu peşəkar karyerası ərzində 1000-ci rəsmi oyununa çıxıb. 35 yaşlı hücumçu 18 mövsüm ərzində 4 klubda ("Sportinq", "Mançester Yunayted", "Real Madrid", "Yuventus") və Portuqaliya millisində çıxış edib, 725 qola imza atıb.

Hazırda "Yuventus"da çıxış edən Ronaldunun müqaviləsi 2022-ci ilin yayına qədərdir.

Milli.Az


Etiketlər:  Ronaldu 1000 ə çatdı


RƏYLƏR