Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Mart 2020 10:50
"Onun baxış bucağı mənim xoşuma gəlir"
Sonxeber.net axsam.az-a istinadla bildirir ki, bu sözləri müğənni Zamiq Hüseynov "Duman" adlı klipi ilə bağlı danışarkən söyləyib.
"Bəzi hallarda mənə deyirlər ki, bu geyimi geyinməlisən. Deyirəm olmaz, axı mən bilirəm nə istəyirəm. O bilə-bilməz ki, mənə ən çox nə yaraşır, nə yox! Mənim ən həssas yerim o geyim məsələsidir. İndiyə kimi kimsə çəkilişdə geyimimə qarışmır. Obraz barədə mənə məlumat verəndə deyirlər ki, Zamiq geyim barədə artıq özün fikirləş".(gülür)
Hüseynov 2 günə çəkilən klipinin büdcəsini də gizlətməyib:
"Bu gün 10 min manata klip çəkilirsə, bu artıq bahalı klip sayılır. Dele yaxın dostum olduğuna görə, burada pul qazanmaq barədə düşünmədik. Cavid o klipi bu gün başqasına çəksə, bilirəm ki, 15-20 mindən aşağı çəkməz "
Lirik mahnının sözləri, musiqisi, həmçinin aranjimanı MS Murada aiddir. Sənətçi klipini ekranlaşdırmaq üçün yenə də rejissor Dele Orucluya müraciət edib.
"Dele gəncdir, istedadlıdır. Onun baxış bucağı mənim xoşuma gəlir. Oturub danışanda da görürük ki, fikirlərimiz üst-üstə düşür. O da məni bəyənir, məsləhət verəndə də tez qəbul edir" .