Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Mart 2020 12:08
PSJ-nin futbolçusu Kilian Mbappe Çempionlar Liqasının 1/8 finalında "Borussiya" ilə cavab oyununu buraxa bilər.
Qol.az "Le Parisien"ə istinadən xəbər verir ki, fransalı hücumçu xəstə olduğu üçün komandanın dünənki məşqini buraxıb. Boğazında ağrı hiss edən 21 yaşlı futbolçunun sabahkı matça kimi hazır olub-olmayacağı məlum deyil.
Qeyd edək ki, PSJ - "Borussiya" görüşü sabah Bakı vaxtı ilə 00:00-da başlayacaq.