Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

AFFA "Zirə"nin şikayəti təmin etmədi

AFFA

Tarix: 10 Mart 2020 12:32

AFFA-nın Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib.

Qol.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, iclasda  “Zirə”  tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyib.

Belə ki,  “Zirə”nin futbolçusu Cavid Hüseynov Premyer Liqanın 17-ci turunda “Qarabağ”la oyununun 67-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 (dörd) oyun cəzalandırılması, klubun 3200 (üç min iki yüz) manat cərimə olunması qərarı qüvvədə saxlanılıb.

 


Etiketlər:  AFFA Zirənin şikayəti təmin etmədi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ