Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Mart 2020 17:18
Milli Məclisin fəaliyyətində bir sıra yeniliklər olacaq.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev AzTV-yə müsahibəsində deyib.
S.Mirzəyev bildirib ki, Milli Məclisin sədri, sədr müavinləri, komitə sədrləri və müavinlərinin əksəriyyəti dəyişib: "Bunlar göstərir ki, ölkədə bütün sahələrdə olduğu kimi, Milli Məclisdə də dərin islahatlar aparılır. Hələlik kadr islahatlarından başlanılıb, bundan sonra Milli Məclisin fəaliyyətində də, yəqin ki, dəyişikliklər olacaq. Bu dəyişiklilər qanunvericilik, təmsilçilik, nəzarət və beynəlxalq əlaqələrlə bağlı fəaliyyətə aid olacaq.
Eyni zamanda, Milli Məclisin aparatında islahatlar aparılacaq. Müasir dövrə uyğun olaraq struktur dəyişiklikləri, eləcə də informasiya təminatı ilə bağlı dəyişiklilər olacaq, eyni zamanda gənc kadrlar Milli Məclisdə işə cəlb olunacaq. Bütün bunlar qarşıda həyata keçiriləcək. Ümid edirəm ki, Milli Məclisin yeni rəhbərliyi bu sahədə böyük işlər görəcək".
Xatırladaq ki, bu gün VI çağırış Milli Məclisin ilk iclası keçirilib.