Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 May 2019 15:20
"Qəbələ"nin növbəti mövsüm üçün planlarına tam aydınlıq gəlib.
Sport24.az-ın əldə etdiyi məlumata görə, Azərbaycan Kubokunun son qalibi heyətində köklü dəyişikliklər edərək gəncləşdirmə siyasəti aparacaq.
Bu isə o deməkdir ki, Avroliqada təmsilçimiz legionerlərinin hamısı və təcrübəli yerli futbolçularla vidalaşaraq yalnız akademiyanın yetirmələri ilə yoluna davam edəcək. Artıq bəzi futbolçulara bu haqda məlumat verilib ki, onlarla başa çatan müqavilələrin uzadılmasıyla bağlı danışıqlar olmayacaq. Bu, proses iyunun 1-dək yekunlaşacaq.
"Qəbələ" bəzi əməkdaşlarıyla da həmin tarixdən rəsmən vidalaşacaq. Bu, klubun menecerləri - marketinq üzrə çalışan Səməd Nəsibov, əsas komandanın rəisi Səbuhi Səfiyarlı, habelə, masajçılar Namiq Hüseynovla Rövşən Məmmədovdur.