Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avokadonun daha bir möcüzəvi faydası kəşf olundu

Avokadonun daha bir möcüzəvi faydası kəşf olundu

Tarix: 10 Mart 2020 21:36

ABŞ-ın Pensilvaniya Universitetinin mütəxəssisləri "super qida" adlandırılan avokadonun daha bir faydasını kəşf ediblər.
Sonxeber.net medicina.az-a istinadən bildirir ki, araşdırma nəticəsində məlum olub ki, hər gün bir avokado yemək həddindən artıq kilolu insanları ürək xəstəliklərindən qoruyur.

Aparılan testlər zamanı beş həftə: gündə bir ədəd avokado yeyən kilolu insanlarda zərərli xolesterin səviyyəsinin 10% azaldığı müşahidə edilib.

Pensilvaniya Universitetinin mütəxəssisləri avokadonun arteriyaları dolduran və ürəyi riskə atan xolesterin ifrazını dayandırdığını iddia edirlər. "Journal of Nutrition"da dərc edilən araşdırmada isə bildirlir ki, avokado zəngin antioksidant mənbəyidir və ürək-damar xəstəliklərinin qarşısının alınmasında mühüm rol oynayır.


Etiketlər:  Avokadonun daha möcüzəvi faydası kəşf olundu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ