Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Mart 2020 12:39
Bakı. Trend:
Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri ilə mart ayının 9-da rayonun Nügədiqazmalar və 10-da Yuxarı Tüləkəran kəndləri ərazilərində ehtiyatsızlıqdan meşə və quru otlaq, eləcə də bağ sahələrinin yanmasına səbəb olan iki rayon sakini, Hikmət Mirzəyev və Firudin Pənahəliyev saxlanılıblar və həmin hadisə qanuna müvafiq araşdırılır.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Trend-ə verilən məlumata görə, dindirilmə zamanı hər iki şəxs ehtiyatsızlıqdan törətdikəri yanğına görə peşman olduqlarını bildirərək, vətəndaşlara əkin və bağ sahələrində təmizlik işləri aparan zaman ehtiyatlı olmağı və təmizlədikləri quru otları ərazilərdə yandırmamağı məsləhət biliblər.