Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Bavariya” – “Çelsi” matçı da azarkeşsiz keçiriləcək

“Bavariya” – “Çelsi” matçı da azarkeşsiz keçiriləcək

Tarix: 11 Mart 2020 15:38

Futbol üzrə Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək "Bavariya" - "Çelsi" matçı azarkeşsiz oynanılacaq. 

Sonxeber.net sport24.az-a istinadən xəbər verir ki, bu barədə Münhen təmsilçisinin rəsmi saytı məlumat yayıb. Görüşün azarkeşsiz keçirilməsinə səbəb, koronavirus epidemiyasının yayılmasının qarşısını almaqdır.

"Bavariya" "Çelsi" ilə oyuna satılmış biletlərin pullarını azarkeşlərə geri qaytaracaq.

Martın 18-də keçiriləcək "Bavariya" - "Çelsi" matçı saat 00:00-da start götürəcək. Komandalar arasındakı ilk oyunda almanlar 3:0 hesabıyla qalib gəlib.

ÇL-in 1/8 finalının PSJ - "Borussiya" (Dortmund) və "Barselona" - "Napoli" matçı da azarkeşsiz oynanılacaq.


Etiketlər:  Bavariya Çelsi matçı azarkeşsiz keçiriləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ