Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ADNSU tələbələrin təcrübə imkanlarını genişləndirir (FOTO)

ADNSU tələbələrin təcrübə imkanlarını genişləndirir (FOTO)

Tarix: 11 Mart 2020 17:15

Bakı. Trend:

Martın 10-da “BOS Şelf” MMC-nin dəvəti ilə Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda bir neçə universitetin rektoru ilə şirkətin rəhbərliyi arasında işgüzar görüş keçirilib. “BOS Şelf” MMC-nin təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı və universitetin bir neçə əməkdaşı iştirak edib.

Universitetdən Trend-ə verilən məlumata görə, tədbirə dəvət olunan universitetlər hazırda tələbəri “BOS Şelf” MMC-də təcrübə keçən universitetlərdir. Belə ki, ADNSU ilə yanaşı, tədbirdə Azərbaycan Texniki Universiteti, Xəzər Universiteti də iştirak edib.

Tədbirdə “BOS Şelf” MMC-nin direktoru İxtiyar Axundov qonaqları salamlayaraq dəvəti qəbul edib gəldiklərinə görə onlara minnətdarlıq edib. Bildirib ki, hazırda şirkətin fəaliyyətində tam müasir proqramlar icra olunur və zamanın tələbinə uyğun yenilikləri dəyərləndirməyə çalışırlar.

O, qeyd edib ki, fəaliyyətimizdə ixtsaslı azərbaycanlı kadrların olması çox önəmlidir. Odur ki, universitetlərlə əməkdaşlığa dəyər veririk. Azərbaycanlı mütəxəssislər çoxaldıqca “BOS Şelf” MMC və digər böyük şirkətlər mütəxəssis üçün xaricə müraciət etməyəcək və yerli kadrlara üstünlük verəcək.

İxtiyar Axundov çıxış zamanı hazırda ADNSU-nun burada istehsalat təcrübəsi keçən 10 tələbəsindən də bəhs edib, onların savadlı və hazırlıqlı gənclər olduğunu deyib. Qeyd edib ki, onlar və digər universitetlərdən olan tələbələrin yüksək səviyyədə təcrübə keçməsi üçün şirkətdə hər bir imkan yaradılıb.

ADNSU-nun rektoru, professor Mustafa Babanlı çıxış edərək rəhbərlik etdiyi universitetdə tədris və təhsilin müasir çağrışlara, zamanın tələbinə uyğun təşkil olunduğunu iştirakçıların diqqətinə çatdırıb. Bildirib ki, bu gün ölkəmizin iqtisadiyyatı çoxşaxəlidir və yüksək sürətlə inkaşaf edir. Ona görə də təhsil müəssisələri iqtisadiyyatın bütün sahələri üçün lazım olan kadrların vaxtında yetişdirməlisini təmin etməlidir. Əlbəttə, savadlı mütəxəssis, bacarıqlı mühəndis yetişdirmək üçün təkcə baza təhsili kifayət etmir, istehsalat müəssisələri ilə universitetlər arasında qarşılıqlı əməkdaşlıq əlaqələri qurulmalıdır, tələbə universiteti bitirənə kimi həm nəzəri, həm də praktiki olaraq ixtisasına tam sahib olmalıdır.

Professor Müstafa Babanlı çıxış zamanı qeyd edib ki, ADNSU-nun çoxsaylı şirkətlərlə əməkdaşlıq edir, tələbələrin nəzəri bilikləri dərindən mənimsəməsi ilə yanaşı, təcrübə keçmələrinə də xüsusi önəm verilir. Tədris müddətində tələbələr müvafiq olaraq istehsalat təcrübəsi, fərdi təcrübə və ilboyu təcrübə keçirlər ki, bu da onların mütəxəssis kimi formalaşmasında xüsusi rol oynayır.

Sonra Azərbaycan Texniki Universitetinin rektoru, professor Vilayət Vəliyev, Xəzər Universitetin rektoru, dosent İradə Xəlilova çıxış zamanı istehsalat müəssisələrinin kadrlarla təmin olunmasında universitetlərin üzərinə böyük məsuliyytə düşdüyünü, şirkətlərlə təhsil müəssisələri arasında əməkdaşlıq əlaqələrinin inkişafının vacibliyini bildirblər.

Sonda professor Mustafa Babanlı bu şirkətdə təcrübə keçən ADNSU tələbələri ilə həmsöhbət olub, təcrübə prosesində onlara uğurlar arzu edib.

ADNSU tələbələrin təcrübə imkanlarını genişləndirir (FOTO) - Gallery Image ADNSU tələbələrin təcrübə imkanlarını genişləndirir (FOTO) - Gallery Image ADNSU tələbələrin təcrübə imkanlarını genişləndirir (FOTO) - Gallery Image ADNSU tələbələrin təcrübə imkanlarını genişləndirir (FOTO) - Gallery Image ADNSU tələbələrin təcrübə imkanlarını genişləndirir (FOTO) - Gallery Image ADNSU tələbələrin təcrübə imkanlarını genişləndirir (FOTO) - Gallery Image ADNSU tələbələrin təcrübə imkanlarını genişləndirir (FOTO) - Gallery Image ADNSU tələbələrin təcrübə imkanlarını genişləndirir (FOTO) - Gallery Image


Etiketlər:  ADNSU tələbələrin təcrübə imkanlarını genişləndirir FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ