Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

NBA çempionatı koronavirus səbəbindən dayandırıldı

NBA çempionatı koronavirus səbəbindən dayandırıldı

Tarix: 12 Mart 2020 08:56

Bakı. Trend:

Milli Basketbol Assosiasiyasının (NBA) müntəzəm olaraq keçirilən çempionatı Liqanın oyunçularından birinin koronavirusa yoluxduğu barədə məlumatların təsdiqindən sonra dayandırılıb.

Trend-in məlumatına görə, bu barədə Assosiasiyasının mətbuat xidməti xəbər verib.

Daha əvvəl təhlükəsizlik məqsədi ilə "Oklahoma" və "Yuta" komandaları arasında görüş ləğv edilib. "TSN" telekanalının məlumatına görə, "Yuta"nın mərkəzi oyunçusu olan Rudy Qoberdə koronavirus infeksiyası aşkarlanıb. Lakin o, komanda ilə birlikdə matçda iştirak etməyib.

"NBA" rəhbərliyi çempionatın dayandırılmasına qərar verib. Biz koronavirusun pandemiyasına qarşı gələcək addımlarımızı müəyyən etmək üçün bu fasilədən istifadə etməyi planlaşdırırıq", - bəyanatda bildirilir.


Etiketlər:  çempionatı koronavirus səbəbindən dayandırıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ