Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Mart 2020 15:44
Martın 6-da Sumqayıt şəhəri 4-cü mikroayonda yerləşən mənzildə meyiti tapılan 1997-ci il təvəllüdlü Əliyeva Günay Rza qızının öldürüldüyü məlum olub.
Sonxeber.net APA-ya istinadən bildirir ki, ilkin araşdırmalar zamanı G.Əliyevanın boğularaq öldürüldüyü təsdiqlənib. Qətli törədən şəxs tutularaq istintaqa təhvil verilib.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş açılıb.
Hadisənin digər təfərrüatları araşdırılır.