Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Mart 2020 16:20
Koronovirus Bakıda Formula 1 yarışmasının keçirilməsi ilə bağlı işlərə təsir göstərməyib.
Sonxeber.net xəbər verir ki, bu barədə Trend-ə Bakı Şəhər Halqası Əməliyyat şirkətindən məlumat verilib.
Bildirilib ki, nəzərdə tutulan işlər plana uyğun olaraq həyata keçirilir, hər hansı bir dəyişiklik yoxdur.
Əlavə olunub ki, bilet satışları da öz qaydasında davam edir. Yarış zamanı hər hansı bir tamaşaçı tribunasının ləğvi və ya tamaşaçı sayının azaldılması nəzərdə tutulmayıb.
Qeyd edək ki, paytaxt Bakının ev sahibliyi edəcəyi növbəti yarış 5-7 iyun 2020-ci il tarixlərində baş tutacaq.