Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Mart 2020 17:50
"Atletiko"nun futbolçusu Dieqo Kosta Çempionlar Liqasının 1/8 finalında "Liverpul"la (3:2) cavab oyunundan sonra jurnalistlərə açıqlama verməmək üçün fərqli üsuldan istifadə edib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, 31 yaşlı hücumçu miks-zonadan jurnalistlərin yanından keçərkən qəsdən öskürüb. O, bununla da koronavirusa yoluxduğuna işarə etmək istəyərək müsahibə verməkdən yayınıb.
Qeyd edək ki, "Atletiko" 2 oyunun nəticəsinə görə (1:0, 3:2) 1/4 finala vəsiqə qazanıb.