Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyədə məktəblər, universitetlər martın 16-dan tətilə bağlanacaq

Türkiyədə məktəblər, universitetlər martın 16-dan  tətilə bağlanacaq

Tarix: 12 Mart 2020 21:22

Türkiyənin bütün təhsil müəssisələri 16 mart tarixindən tətilə buraxılacaq.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, Türkiyə Prezidetntinin mətbuat katibi İbrahim Qalının dediyinə görə, koronovirisla (COVİD-2019) əlaqədar bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə keçirilən iclasda bu qərar verilib.

İbrahim Qalın deyib ki, Türkiyədə bütün orta məktəblərdə 16 mart tarixindən 1 həftəlik tətil olacaq, 23 martdan isə şagirdlər 1 həftə ərzində internet və televiziya vasitəsilə təhsillərini davam etdirəcəklər. Ali təhsil müəssisələrinin tələbələri isə 3 həftə tətilə buraxılıb.

Mətbuat katibi deyib ki, ölkə daxilində idman oyunları aprelin sonuna qədər tamaşaçısız keçiriləcək.


Etiketlər:  Türkiyədə məktəblər universitetlər martın tətilə bağlanacaq


RƏYLƏR