Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Mart 2020 21:32
Bakı. Nərgiz İmsayılova - Trend:
Azərbaycanda 2020-ci ilin yanvar-fevral aylarında 7,71 milyard manatlıq sənaye məhsulları istehsal edilib.
Trend-in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, sənaye istehsalı keçən ilin eyni dövrü ilə müqayisədə 0,9 faiz artıb.
Qeyri-neft və qaz sektorunda təxminən 2 milyard manata yaxın sənaye məhsulu istehsal edilib.
Qeyri-neft və qaz istehsalı sektorunda istehsal ümumi istehsalın 25,5 faizini təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə qeyri-neft və qaz sektorunda istehsal 21,7 faiz artıb.
Qeyri-neft və qaz sektoruna qoyulan investisiyalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,8 faiz artaraq 1,03 milyard manat təşkil edib.
Qeyri-neft və qaz sənayesinə qoyulan investisiyalar ötən ilin eyni dövrü ilə müqayisədə 21 faiz artaraq 154,9 milyon manat təşkil edib.