Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Mart 2020 22:40
Microsoft Windows 10 ilə yeniləmə diapazonunu daha da sıxlaşdırıb. Lakin bu sıxlaşdırma ilə Windows 10-un yenilənmə problemi də tez-tez görünməyə başlayıb. Fevral ayının axırlarında edilən KB4535996 kod adlı yenilənmə, əslində, uzun müddətdir davam edən bir çox problemi həll etmək üçün yaradılmışdı.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, fevral ayı yenilənməsi Windows-un çökməyi kimi bir çox kritik problemlərə yol açıb.
Hazırda təxminən, 200 kompüterdə mavi ekran səhvləri və Windows qəzaları baş versə də, Microsoft bu problemlərin həlli yollarını tapmayıb.
Şirkətin həlli, bu yenilənməni kompüterdən çıxarmaqdır. Mart ayında Microsoft-un daha bir yenilənməsi ilə bu problemin həll olunması gözlənilir.
Əgər yenilənmə sizin də kompüterinizdə problem yaradırsa, parametrlərdə yeniləmə tarixinə qayıda və son yeniləməni geri ala bilərsiniz.