Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Mart 2020 09:30
Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatından xəstələri müalicə edən səhiyyə işçiləri və labaratoriya əməkdaşları üçün fərdi mühafizə cihazları alacaq.
Trend-in məlumatına görə, bu, ÜST-ün martın 9-dan 13-dək Azərbaycanda səfərdə olan missiyasının hesabatında qeyd edilib.
ÜST ekspertləri bildiriblər ki, Azərbaycan ÜST-ün laboratoriya müayinəsi testlərini alan 17 ölkədən biridir.
Azərbaycana ilk test partiyası fevral ayında gətirilib. İkinci partiya isə hazırda göndərilməkdədir.
Ölkə həmçinin ÜST-dən sərhəd bölgəsində COVID-19 şübhəsi olan və ya təsdiq edilən xəstələri müalicə edən səhiyyə işçiləri və labaratoriya əməkdaşları üçün fərdi mühafizə cihazları da qəbul edəcək.