Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan ÜST-dən fərdi mühafizə cihazları alacaq

Azərbaycan ÜST-dən fərdi mühafizə cihazları alacaq

Tarix: 13 Mart 2020 09:38

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) xəstələri müalicə edən səhiyyə işçiləri və laboratoriya əməkdaşları üçün fərdi mühafizə cihazları alacaq.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bu, ÜST-ün martın 9-dan 13-dək Azərbaycanda səfərdə olan missiyasının hesabatında qeyd edilib.

ÜST ekspertləri bildiriblər ki, Azərbaycan ÜST-ün laboratoriya müayinəsi testlərini alan 17 ölkədən biridir.

Azərbaycana ilk test partiyası fevral ayında gətirilib. İkinci partiya isə hazırda göndərilməkdədir.

Ölkə həmçinin ÜST-dən sərhəd bölgəsində COVID-19 şübhəsi olan və ya təsdiq edilən xəstələri müalicə edən səhiyyə işçiləri və labaratoriya əməkdaşları üçün fərdi mühafizə cihazları da qəbul edəcək.


Etiketlər:  Azərbaycan ÜST dən fərdi mühafizə cihazları alacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ