Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Mart 2020 15:42
Bakı. Trend:
Mərkəzi Elmi Kitabxana (MEK) koronavirus təhlükəsi ilə əlaqədar oxuculara xidməti müvəqqəti dayandırıb.
Kitabxanadan Trend-ə verilən məlumata əsasən, AMEA-nın Mərkəzi Elmi Kitabxanası qeyri-müəyyən vaxta qədər oxuculara xidmət göstərməyəcək.
Belə ki, kitabxana koronavirus təhlükəsi ilə əlaqədar ölkədə həyata keçirilən tədbirlər çərçivəsində oxuculara xidməti martın 13-ü saat 14:00-dan etibarən müvəqqəti dayandırıb.