Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Mart 2020 21:24
Azərbaycanda yerli vətəndaşlar arasında lokal xəstəliyə yoluxanlar yoxdur. Bu, yaxşı haldır.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargahın koronavirusla bağlı KİV nümayəndələri üçün keçirilən brifinqdə Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədli deyib.
Onun sözlərinə görə, indiyədək xəstələnlər arasında 3 nəfər sağalıb:
"Hazırda 15 nəfər koronavirus xəstəsi var. Onlar arasında vəziyyəti getdikcə yaxşılaşanlar var. Bir nəfər dünyasını dəyişib, amma o da koronavirusdan ölməyib".