Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Baş infeksionist: Koronovirusa qarşı mübarizə məqsədilə təbii və sağlam qidalardan istifadəyə üstünlük verilməlidir

Baş infeksionist: Koronovirusa qarşı mübarizə məqsədilə təbii və sağlam qidalardan istifadəyə üstünlük verilməlidir

Tarix: 13 Mart 2020 21:39

Vətəndaşlar koronovirusa qarşı mübarizə məqsədilə təbii və sağlam qidalardan istifadəyə üstünlük verməlidir.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargahın koronavirusla bağlı KİV nümayəndələri üçün brifinqdə Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib.

C.İsayev bildirib ki, vətəndaşlarımız insanların kütləvi toplaşdığı yerlərdən kənar durmalıdır.

O qeyd edib ki, açıq və təmiz havada olmaq lazımdır: "Bunlara əməl etsək, immun sistemimiz güclü olar, nəinki koronovirusa qarşı, eləcə də digər infeksiyalara".


Etiketlər:  Baş infeksionist Koronovirusa qarşı mübarizə məqsədilə təbii sağlam qidalardan istifadəyə üstünlük verilməlidir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ