Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bill Qeyts ''Microsoft''un Direktorlar Şurasını tərk edib

Bill Qeyts ''Microsoft''un Direktorlar Şurasını tərk edib

Tarix: 14 Mart 2020 03:40

Bakı. Trend:

"Microsoft"un qurucusu Bill Qeyts şirkətin Direktorlar Şurasını tərk edib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə şirkətin bəyanatında deyilir.

Bəyanatda bildirilir: "Microsoft" korporasiyası bu gün bəyan edib ki, həmtəsisçi və texnologiya üzrə məsləhətçi Bill Qeyts xeyriyyəçilik prioritetlərinə, o cümlədən qlobal sağlamlıöa, inkişafa, təhsilə daha çox vaxt ayırmaq və iqlim dəyişikliyinə qarşı mübarizədə aktiv iştirak etmək üçün şirkətin Direktorlar Şurasını tərk edib".

Qeyd edilir ki, B.Qeyts texnologiyalar üzrə baş direktorun müşaviri olaraq işə davam edəcək.


Etiketlər:  Bill Qeyts Microsoftun Direktorlar Şurasını tərk edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ