Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu il ən çox saxtalaşdırılan smartfon açıqlanıb

Bu il ən çox saxtalaşdırılan smartfon açıqlanıb

Tarix: 14 Mart 2020 09:00

"Master Lu" bençmarkında (müqayisə bazası) sınaqdan keçirilən saxta qurğuların yenilənmiş reytinqi dərc edilib.

Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, 2020-ci ilin martına olan vəziyyətə görə, yeni "antireytinq" lideri ötən il ikinci yeri tutan "Apple iPhone 8" smartfonu olub. Siyahının ikinci pilləsində "Samsung Galaxy W2018" modeli qərarlaşıb. Liderlər üçlüyünü "Galaxy W2019" smartfonu tamamlayıb. Beşliyə, həmçinin saxta "Apple iPhone XS Max" və "Samsung Galaxy S10 " daxildir. İlk onluğun sonuncu mövqelərində "HONOR 9", "Samsung Galaxy S8 ", "OnePlus 7 Pro", "Xiaomi Mi6" və "Samsung Galaxy S8" yer alıb.

Faiz nisbətində "Apple" qurğuları müqayisəli bazada bütün qeydə alınanların 29,54 faizini təşkil edib. Bu göstərici üzrə "Samsung" şirkətinin payı 26,44 faiz, "Xiaomi" və "HONOR" istehsalçılarının isə müvafiq olaraq 9,83 və 6,10 faizə bərabər olub. Həmçinin bençmark yaradıcıları tərəfindən məşhur modellərin saxtalarının texniki göstəricilərini əks etdirən müqayisəli siyahısı tərtib edilib: 720p təsvir ölçülü ekran, "MediaTek MT6589" prosessoru və "Mali-400 MP" qrafikası. Populyar qurğuların saxtalarına ən çox tələbat Çinin Şençjen, Quançjou və Pekin şəhərlərinin sakinləri arasındadır.


Etiketlər:  çox saxtalaşdırılan smartfon açıqlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ