Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Samsung-un təqdim etdiyi yeni Galaxy S20 məhsul xətti - yeni smartfonlarla daha çox imkanlar

Samsung-un təqdim etdiyi yeni Galaxy S20 məhsul xətti - yeni smartfonlarla daha çox imkanlar

Tarix: 14 Mart 2020 10:00

Fevralın 11-də, Unpacked tədbiri çərçivəsində, Samsung 2020-ci ilin bütün yeniliklərini təqdim etdi. Təqdim olunan qurğular arasında Galaxy S20 seriyasının smartfonlarına xüsusi yer verilmişdir. Məhsul xətti 3 smartfondan ibarət olub, Galaxy S20, Galaxy S20 + və Galaxy S20 Ultra cihazları ilə təmsil olunmuşdur. Burada smartfonların korpusu yuvarlaq künclərə sahib düzbucaqla ifadə olmuşdur, əsas konstruksiya isə Gorilla Glass 6 "gücləndirilmiş" şüşəsini birləşdirən metal çərçivə ilə təmsil olunmuşdur. Smartfonların korpusunda minimum əlavə elementdən istifadə edilmişdir, belə ki, cihazların sağ tərəfində səs səviyyəsinə nəzarət və yanma/sönmə düyməsi yerləşdirilmişdir. Lakin, smartfonlar fərqləndirici bir xüsusiyyətə malikdirlər belə ki, məhsul xətti metal çərçivə ilə haşiyəyə alınmış əsas kamera bloku ilə təchiz edilmişdir. Burada Galaxy S20-nin əsas kamera bloku S20 + ilə eynidır belə ki, kamera bloku ultra geniş 12 MP, diafraqması F2.2, geniş bucaqlı obyektiv, 12 MP, F1.8 diafraqmalı, avtofokus və optik sabitləşməli matrisa, həmçinin 64 MP, diafraqması - F2. 0 təşkil edən kamera ilə təmsil edilmişdir

Qeyd edilən kameralarla yanaşı, S20+ modeli, portret rejimində fonun daha dəqiq yayılması üçün istifadə edilən DepthVision dərinlik sensoru ilə də təchiz edilmişdir. Galaxy S20 Ultra, isə 108 MP-lik  geniş bucaqlı əsas kameraya, sözü gedən bütün məhsul xəttinə xas olan 12 MP-lik, F1.8 diafraqmalı ultra geniş bucaqlı obyektivə, 48 MP-lik F 3.5 diafraqmalı telefoto və ToF kamerasına malikdir. Ön kameralar isə smartfonlarda aşağıdakı kimi təqdim olunmuşdur bu, Galaxy S20 və S20 + üçün 10MP selfie kamerası və Galaxy S20 Ultra üçün - 40MP obyektivdir. 

Galaxy S20 seriyası, süni intellektə əsaslanan qabaqcıl proqram və avadanlıqlardan istifadə edərək, foto və video çəkilişlərinin nəticələri ilə hətta ən inadkar skeptikləri belə təəccübləndirməyə qadirdir. Belə ki cihazlar aşağıda qeyd edilmiş çəkiliş üstünlüklərini  dəstəkləyir:
• 8K keyfiyyətli video çəkiliş
• Saniyədə 960 kadr tezliyi ilə video qeydə almağa imkan yaradan Slow Motion çəkiliş rejimi.
• Multikadr rejimində çəkiliş, hansında ki, smartfon süni zəkadan istifadə edərək, bir neçə kadr qeydə alıb, sizə uyğun foto və videoların seçimini təqdim edir.
• Hərəkətdə olan obyekti daha dəqiq qeydə almağa və kadrda yayılmaların və titrəyişlərin azaldılmasını təmin etməyə kömək edən  Super Steady rejimində çəkiliş.
• Nəinki, günün işıqlı həm də gecə vaxtında yüksək keyfiyyətli şəkillər əldə etməyə imkan yaradan Bright Night rejimini. Belə ki, daha böyük sensor və süni zəkanın köməyi ilə, bir necə kadr qeydə alan smartfon, onları bir şəkildə birləşdirərək,  sizə daha aydın təsvir təqdim edir.  
Bundan əlavə, 100 qat zoom-un əldə etməsi üçün Galaxy S20 Ultra modeli qırıq optik ox və yüksək icazəli matrisa ilə təchiz olunmuşdur. Bunlardan, birincisi kiçik sahə çərçivəsində yaxınlaşma imkanlarını artırmağa kömək edir, ikincisi isə yüksək yaxınlaşdırma səviyyələrində əl titrəməsinin və keyfiyyət itkisinin aradan qaldırılması üçün süni zəka imkanlarından istifadə edərək,  əlavə 10 qat yaxınlaşdırmanı təmin edir.   

Qeyd etmək lazımdır ki, smartfonların olduqca böyük ölçülərə sahib olmaqlarına baxmayaq, buna misal olaraq, Samsung S20, S20 + və S20 Ultra üçün ekran olçüləri müvafiq olaraq 6,2 ", 6.7" və 6.9 " təşkil edir, cihazların istifadəsi olduqca rahatdır.  Smartfonun ön hissəsinin 90% -dən çoxunu HDR10 + texnologiyasını dəstəkləyən Dinamik AMOLED ekranı təşkil edir. Qeyd edilən displey "sərhədsiz" olub, sadəcə  ön kamera üçün kiçik dəlik nəzərdə tutduğundan, izləyiciyə ekranda baş verənlərin ab-havasına dalmağa imkan verir.  120 Hz tezliyində işləmək bacarığı sayəsində isə bu displeydə film izləməklə yanaşı, həm də oyun oynamaqdan zövq alacaqsınız.  Sözü gedən, bu xüsusiyyət sayəsində keçid və animasiyalar daha axarlı şəkildə icra olunur, lakin burada yüksək enerji sərfiyyatı haqqında narahat olmanıza dəyməz. Belə ki, smartfonlar tutumlu akkumulyatorla təchiz olunmuşdurlar, buna misal olaraq Galaxy S20 - 4000 mAh, Galaxy S20 + - 4500 mAh, Galaxy S20 Ultra da isə 5000 mAh gücündə batareya quraşdırılmışdır. Ən əsası isə  128 QB daxili və microSD kart vasitəsi ilə 1.0 TB-ə qədər artırması mümkün olan yaddaş sayəsində istədiyiniz qədər şəkil və video çəkmək, ən yeni oyunları yükləmək və böyük musiqi mediatekası sahib olmaq imkanı əldə edirsiniz. 
Həmçinin, Galaxy S20 məhsul xətinə xüsusi öncədən sifariş təklifi keçərlidir. Belə ki, 12 Fevral - 9 Mart tarixlərində Samsung Galaxy S20, S20 + və S20 Ultra smartfonlarını öncədən sifariş edərkən hədiyyə olaraq Galaxy Buds + naqilsiz qulaqcıqlarını əldə etmək şansı qazanırsınız. Əlavə olaraq qeyd edək ki, Samsung Galaxy S20 modelinin qiyməti - 1999 AZN, S20 + - 2299, S20 Ultra - 2899 AZN təşkil edir.
Öncədən sifariş və smartfonlar haqqında ətraflı məlumat üçün Baku Electronics, Irshad Electronics, Kontakt Home, Maxi.Az, Soliton, Optimal və World-Telecom mağazalar şəbəkəsindən müraciət edə bilərsiniz.

Milli.Az


Etiketlər:  Samsung un təqdim etdiyi yeni Galaxy S20 məhsul xətti yeni smartfonlarla daha çox imkanlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ