Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Mart 2020 19:28
Apple-ın bu il təqdim etməyi planlaşdırdığı 3D dərinlikli kamera xüsusiyyətini samartfonların ən azı biri dəstəkləyəcək. Analitiklər hesab edirlər ki, bu model iPhone 12 olacaq.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, şirkət əməkdaşları iki ildir 3D kamera üzərində çalışırlar. Layihə Apple-ın bu il iPhone seriyasına artırılmış gerçəklik xüsusiyyəti əlavə etməsinə də imkan yaradacaq.
Apple-ın yeni iPhone-da ToF sensoru da olacağı gözləntilər arasındadır. Şirkət hazırkı iPhone-ların TrueDepth kamerası üçün müraciət etdiyi Lumentum-dan 3D sensorunun lazerini də alacaq. İndiyədək bu sensora sahib xeyli Android sistemli smatfon olsa da, heç birində qənaətbəxş olmayıb.
Apple mütəxəssisləri 3D dərinlikli kamera sayəsində mövcud funksiyaları inkişaf etdirmək və bu siyahıya yenilərini əlavə etmək üçün çalışırlar.
Bundan başqa, şirkətin mühəndis komandası 3D kameraya sahib iPad Pro yeniləməsi üzərində iş aparırlar.