Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Mart 2020 15:36
“Roma”nın hücumçusu Castin Klüyvert karantində keçirdiyi günlər haqda danışıb.
Qol.az xəbər verir ki, İtaliya mətbuatına müsahibəsində o, bu prosesin çətinliyindən danışıb:
“Mən artıq neçə həftədir ki, evdəyəm. Çox ağırdır. Küçəyə çıxa bilmirəm deyə evdə məşq edirəm. Həmçinin mən qardaşım qızı ilə oynayıram. O, xoşbəxtdir”.
Klüyvert bərbərə gedə bilməməsindən şikayətlənib: “Artıq saqqalım qalınlaşıb, saçım uzanıb. Üç həftədir bərbərə gedə bilmirəm”.