Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Mart 2020 18:12
İtaliya A seriyasının klublarının koronavirus pandemiyası səbəbindən itirəcəyi vəsaitin məbləği bəlli olub.
Sonxeber.net apasport.az-a istinadən bildirir ki, əgər hazırda dayandırılan mövsüm davam etdirilməsə, klublar ümumilikdə 700 milyon avroya yaxın ziyana düşəcək.
Bunun təxminən 430 milyonu daxili və beynəlxalq oyunların teleyayımı ilə bağlıdır. Matçlardan əldə olunan gəlir, o cümlədən atribut və bilet satışına görə daha 270 milyon avro itirilə bilər. Bunu nəzərə alan klublar mövsüm başa çatdırılmasa, yardım üçün hökumət və idman nazirliyinə müraciət edəcək.
Qeyd edək ki, çempionat rəsmi olaraq aprelə qədər dayandırılıb. Lakin A seriyasının mayın 2-də bərpa olunacağı daha gözlənilən sayılır.