Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Mart 2020 16:16
Bakı. Trend:
Rusiya və Ermənistan arasında sərnişin daşımaları iki həftə müddətinə məhdudlaşdırılacaq.
Trend-in məlumatına görə, bu barədə qərar hər iki ölkənin baş nazirləri Mixail Mişustin və Nikol Paşinyan arasında telefon danışığı zamanı qəbul edilib.
Qeyd olunur ki, qərar koronavirusun yayılmasının qarşısını almaq məqsədilə qəbul edilib.
Bu qərar yük daşımalarına şamil olunmayacaq.
Qeyd edək ki, Rusiyada koronavirusa 63 nəfər, Ermənistanda isə 30 nəfər yoluxub.
Ermənistanda bir ay müddətinə fövqəladə vəziyyət elan edilib.