Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Mart 2020 19:06
"Barselona” futbolçusu Mark-Andre Ter Ştegenə təklif etdiyi müqavilənin detalları məlum olub.
Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Kataloniya klubu 27 yaşlı futbolçuya 2024-cü ilədək nəzərdə tutulan müqavilə təklif edib.
Müqaviləyə görə, alman qolkiper ildə 6,3 milyon avro məvacib qazanacaq. Tərəflərin bu müqavilə ilə bağlı danışıqlara başladığı bildirilir.
Qeyd edək ki, 2014-cü ildən “Barselona”da çıxış edən Ter Ştegenin hazırkı müqaviləsi 2022-ci ilin yayınadək nəzərdə tutulur.