Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Azercell'' xaricdə olanların balansına pul yüklədi

''Azercell'' xaricdə olanların balansına pul yüklədi

Tarix: 16 Mart 2020 23:12

"Azercell" şirkəti hazırda Azərbaycanla nəqliyyat əlaqələri məhdudlaşdırılmış ölkələrdə olan və rominq xidmətindən istifadə edən abunəçilərin balansına ailələri və yaxınları ilə kəsintisiz rabitə əlaqəsini təmin etmək məqsədilə 50 AZN məbləğində pul vəsaiti yükləyib.

Sonxeber.net xəbər verir ki, mart ayının 17-dən etibarən mobil operator bütün müştəriləri üçün Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nəzdində fəaliyyət göstərən "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (Təbib) "Qaynar xətt"inə (1542) zənglərin ödənişsiz olmasını təmin edib.

Qeyd edək ki, hazırda "Azercell"in Telefon Mərkəzi və Onlayn Müştəri Xidmətləri də gücləndirilmiş iş rejimi ilə çalışır. Belə ki, şirkət rominqdə olan abunəçilərinə müvafiq səfirliklərin əlaqə nömrələrinin təqdim edilməsi, habelə Təbib-in "Qaynar xətt"i ilə əlaqə saxlanılması istiqamətində hər cür dəstək göstərməyə hazırdır.

Xatırladaq ki, rominq zamanı Azercell-in Fakturalı Xətt abunəçiləri +994506565000, Fakturasız Xətt (Sim-Sim) abunəçiləri isə +994502002111 nömrələri vasitəsilə mobil operatorun Telefon Mərkəzi ilə tamamilə ödənişsiz əlaqə saxlaya bilərlər.


Etiketlər:  Azercell xaricdə olanların balansına yüklədi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ