Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Sivasspor” səfərdən məğlub qayıtdı

“Sivasspor” səfərdən məğlub qayıtdı

Tarix: 17 Mart 2020 00:16

Türkiyə Superliqasında 26-cı turun daha bir oyunu keçirilib.

Qol.az xəbər verir ki, "Sivasspor" səfərdə "Antalyaspor"la qarşılaşıb. Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolu 81-ci dəqiqədə Veysəl Sarı vurub.

Tura bu gün keçiriləcək "Göztepe" - "Rizespor" görüşü ilə yekun vurulacaq.

Qeyd edək ki, Superlliqaya 53 xalla "Trabzonspor" başçılıq edir. "Başakşəhər" eyni xalla 2-cidir. 3-cü olan "Qalatasaray"ın 50 xalı var. "Sivasspor" 49 xalla 4-cü, "Antalyaspor" 30 xalla 11-cidir.

 

 


Etiketlər:  Sivasspor səfərdən məğlub qayıtdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ