Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fransada koronavirusa yoluxanların sayı 6,6 mini keçib

Fransada koronavirusa yoluxanların sayı 6,6 mini keçib

Tarix: 17 Mart 2020 01:02

Bakı. Trend:

Fransada yeni tipli koronavirusa yoluxma hallarının sayı 6,6 mini ötüb, 148 nəfər dünyasını dəyişib.

Trend xəbər verir ki, bu barədə Fransanın səhiyyə agentliyi məlumat verib.

Onun məlumatına görə, son sutka ərzində xəstələnənlərin sayı 1210, ölüm hallarının sayı isə 21 olub.

Fransa prezidenti Emanuel Makron televiziya müraciətində bildirdi ki, martın 17-dən etibarən respublika ərazisində insanların hərəkətinə məhdudiyyətlər qoyulur. Bu tədbir ən azı 15 gün ərzində qüvvədə olacaq. Ölkə Prezidenti bu qaydanın tətbiq edilməsinin zəruriliyini onunla izah edib ki, fransızların əksəriyyəti hələ də Səhiyyə Nazirliyinin müəyyən etdiyi sanitar normalarına riayət etmir.


Etiketlər:  Fransada koronavirusa yoluxanların sayı mini keçib


RƏYLƏR