Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Mart 2020 08:08
Türkiyə Superliqasında 26-cı turun daha bir oyunu keçirilib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, "Sivasspor" səfərdə "Antalyaspor"la qarşılaşıb. Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolu 81-ci dəqiqədə Veysəl Sarı vurub.
Tura bu gün keçiriləcək "Göztepe" - "Rizespor" görüşü ilə yekun vurulacaq.
Qeyd edək ki, Superlliqaya 53 xalla "Trabzonspor" başçılıq edir. "Başakşəhər" eyni xalla 2-cidir. 3-cü olan "Qalatasaray"ın 50 xalı var. "Sivasspor" 49 xalla 4-cü, "Antalyaspor" 30 xalla 11-cidir.