Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Mart 2020 09:48
Bakı. Samir Əli - Trend:
Dövlət sərhədindən buraxılış məntəqələrinin fəaliyyəti ilə bağlı vətəndaşların müraciət və sorğularının operativ şəkildə cavablandırılması üçün Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Nəzarətində 16-58 qısa nömrəli "qaynar xətt" xidməti fəaliyyətə başlayıb.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Trend-ə bildirilib ki, sabit telefon şəbəkəsinin abunəçiləri üçün yığım qaydası, Bakı şəhəri üzrə - 16-58, bölgələr üzrə - 012-16-58, mobil telefon şəbəkələrinin abunəçiləri üçün - 16-58 təyin edilib.