Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Biz ictimai münasibətlərdə məsuliyyət məsələsini önə çəkməliyik - Hikmət Babaoğlu

Biz ictimai münasibətlərdə məsuliyyət məsələsini önə çəkməliyik - Hikmət Babaoğlu

Tarix: 17 Mart 2020 13:03

Bakı. Elçin Mehdiyev – Trend:

Koronovirus infeksiyası dünyanın 162 ölkədə yayılıb. Ancaq çox sevindirici haldır ki, Azərbaycanda bu virus az yayılıb.

Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Hikmət Babaoğlu parlamentin bu gün keçirilən iclasında deyib.

H.Babaoğlu bildirib ki, virusla yanaşı, informasiya pandemiyası da təhlükəlidir. İnsanlara vaxtında və düzgün məlumat yayılmalıdır ki, panikaya yol verilməsin. Tibbi ləvazimatların möhtəkirliyi ilə də məşğul olan ayrı-ayrı qruplar ifşa olundu.

Biz ictimai münasibətlərdə məsuliyyət məsələsini önə çəkməliyik. Azərbaycanda ictimai gigiyeniya məsələsi yüksəkdir. Azərbaycan xalqı bu virusla mübarizədə özünü səfərbər etməyi bacardı. Ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılar öz evlərini həmin ölkələrdə olan həmvətənlərinə təklif etdilər”.


Etiketlər:  ictimai münasibətlərdə məsuliyyət məsələsini önə çəkməliyik Hikmət Babaoğlu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ