Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Cəmiyyətin hər bir üzvünün üzərinə koronavirus təhlükəsi ilə bağlı müəyyən vətəndaşlıq məsuliyyəti düşür''

''Cəmiyyətin hər bir üzvünün üzərinə koronavirus təhlükəsi ilə bağlı müəyyən vətəndaşlıq məsuliyyəti düşür''

Tarix: 17 Mart 2020 14:02

Koronavirus pandemiyası sərhəd tanımır, ən qısa müddətdə ən fərqli coğrafiyalarda insanların sağlığını və həyatını təhdid edir.

Sonxeber.net xəbər verir ki, bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, bütün səylərə baxmayaraq, hələlik dünyanın heç bir ölkəsində bu virusun qarşısının alınmasına nail olunmayıb:

"Səhiyyə sistemi ən güclü olan bir sıra Avropa ölkələrində belə koronavirusa qarşı effektiv mübarizə aparmaq mümkün olmur. Belə olan halda ölkəmizidə koronavirusa yoluxmaların minimum həddə olması məmnunluq yaradır və vətəndaşlarımızın təhlükəsizliyinin təmin olunması baxımından olduqca əhəmiyyətlidir. Şübhəsiz ki, bunun əsasında hər şeydən əvvəl Azərbaycan dövləti tərəfindən vaxtında atılan qətiyyətli addımlar və görülən effektiv tədbirlər dayanır. Ölkəmizdə səhiyyə xidmətlərinin əlçatanlığı, gigiyena mədəniyyətinin yüksək olması, ictimai yerlərdə hökumətin müəyyənləşdirdiyi qaydalara diqqətlə riayət edilməsi virusun kütləvi şəkildə yayılmasının qarşısını alan addımlardan hesab edilə bilər".

Millət vəkili qeyd edib ki, əsas məslələrdən biri koronavirus təhlükəsinə qarşı tədbirlərin kompleks şəkildə və ardıcıl olaraq həyata keçirilməsidir ki, bu da hər şeydən öncə Azərbaycan dövlətinin öz vətəndaşlarına qayğısı və diqqəti kimi qiymətləndirilməlidir:

"Təhlükə ortaya çıxar-çıxmaz Azərbaycan Prezidentinin göstərişi ilə Nazirlər Kabineti yanında xüsusi qərərgahın yaradılması, tranzit yüklərin daşınmasında xüsusi qaydaların tətbiq edilməsi, önləyici tədbirlərə yardımçı olacaq tibbi vasitələrin möhtəkirliyini etməyə çalşanlara qarşı ciddi tədbirlərin görülməsi öz nəticəsini verdi və bu gün Azərbaycan koronavirusun ən az yayıldığı ölkələrdən biridir. Şübhəsiz ki, bu istiqamətdə atılan əsas addımlardan biri də sosial şəbəkələrdə və internet resurslarında koronavirusla bağlı yayılan "informasiya pandemiyası"na qarşı aparılan mübarizə və görülən sərt tədbirlər oldu. Başlanğıcda ictimai panika və ajiotaj yaratmaq istəyənlərə qarşı hüquq-mühafizə orqanlarımız tərəfindən edilən qəti xəbərdarlıqlar və görülən tədbirlər ən azı qoruyucu vasitələrin möhtəkirliyini edənlərə qarşı görülən tədbirlər qədər effektiv oldu və öz nəticəsini verdi".

H.Babaoğlu vurğulayıb ki, hazırda təhlükənin sovuşduğundan danışmaq üçün tezdir:

"Ona görə də cəmiyyətin hər bir üzvünün üzərinə koronavirus təhlükəsi ilə bağlı müəyyən vətəndaşlıq məsuliyyəti düşür. Biz bu kütləvi təhdidə qarşı birlikdə mübarizə aparmalı və hökumət tərəfindən həyata keçirilən tədbirlərə dəstək verməliyik. Hazırda dövlətimiz bir sıra ölkələrə, müxtəlif kommunikasiyalara məhdudiyyətlər qoyur və bunu məhz vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün edir. Eyni zamanda ayrı- ayrı ölkələrdə olan vətəndaşılarımızın vətənə gətirilməsi üçün müvafiq tədbirlər həyata keçirilir. Bunlar cəmiyyətimiz tərəfindən təqdirlə qarşılanır".


Etiketlər:  Cəmiyyətin hər üzvünün üzərinə koronavirus təhlükəsi ilə bağlı müəyyən vətəndaşlıq məsuliyyəti düşür


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ