Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Samsung 5G smartfonları üçün xüsusi yeni OLED ekranını təqdim etdi

Samsung 5G smartfonları üçün xüsusi yeni OLED ekranını təqdim etdi

Tarix: 17 Mart 2020 21:40

Dünyanın ən böyük ekran istehsalçılarından olan Samsung Displey, 5G smartfonları üçün xüsusi olaraq hazırlanmış yeni OLED ekranını təqdim edib. Mobil OLED ekran bazarında 90%-dən çox paya malik olan Cənubi Koreya şirkəti, bazarda gücünü daha da gücləndirmək niyyətindədir.

Mavi işıq emissiyalarının azaldıldığı və daha aşağı güc istehlakının təmin edildiyi panellər, dünyanın lider yoxlama, sınaq və sertifikatlaşdırma təşkilatı SGS tərəfindən 'Eye Care Displey' sertifikatına sahibdir.

Eyni zamanda müstəqil bir məhsul təhlükəsizlik sertifikasiya təşkilatı olan Underwriters Laboratories (UL) tərəfindən də təsdiqlənən yeni OLED ekran texnologiyası, çox məqbul bir dəyər olan 6,5% nisbətində mavi işıq yayır. Keçən il bazara verilən OLED panellərdə bu nisbət 7,5% səviyyələrində idi.

Aparılan sınaqlar, ekranın, fotoşəkil çəkilişi və ya internetdə axtarış etmək kimi funksiyalar üçün xərclənən güc istehlakını 1.5W-dan 1.3W-a saldığını göstərdi.

Milli.Az


Etiketlər:  Samsung smartfonları üçün xüsusi yeni OLED ekranını təqdim etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ