Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Mart 2020 06:32
Bakı. Trend:
İtaliyada COVID-19 koronavirusun müalicəsi üçün romatoid artritdə istifadə olunan "tosilizumab" dərmanının sınaqları martın 19-dan başlayacaq.
Trend-in məlumatına görə, bunu Milli Dərmanlar üzrə Agentliyinin rəhbəri Nikola Maqrini deyib.
Daha əvvəl tosilizumabın Neapol və Modena xəstəxanalarında öz effektini göstərmişdir. Bu dərman oynaqların revmatik xəstəliklərinin müalicəsində istifadə olunan immunosupressantlar qrupuna aiddir:
"Tosilizumab ilə sınaqlar cümə axşamı günü başlayacaq, bunun ilkin araşdırmaları ürəkaçan nəticələr göstərmişdir".
Onun sözlərinə görə, sınaqlarda 330-a yaxın xəstə iştirak edəcək.