Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Mart 2020 20:16
"Formula 1" rəhbərliyi 20 martda keçiriləcək video-konfransda təqvimlə bağlı nəzərdə tutulmuş mümkün dəyişiklikləri müzakirə edəcək.
Sonxeber.net fanat.az-a istinadən xəbər verir ki, "Formula 1" rəsmiləri yeni mövsümün 18 yarışdan ibarət olmasını nəzərdən keçirirlər. Çempionatın 24 may - 20 dekabr tarixlərində keçirilməsi gündəmdədi.
Koronavirus pandemiyasının yayılması səbəbindən Avstraliya Qran-prisi ləğv olunub, Çin, Vyetnam və Bəhreyn mərhələləri isə qeyri-müəyyən müddətə təxirə salınıb. Böyük ehtimalla, Niderland, İspaniya və Monte-Karlo etapları da bu sıraya qoşulacaq.
Hələlik F1 rəhbərliyi Monako Qran-prisini keçirmək üçün cəhdlərini davam etdirir. Lakin bu, mümkün olmayacağı təqdirdə, mövsüm 5 iyunda Bakıda start götürə bilər.