Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Mart 2020 23:02
"Mançester Siti" futbolçusu Rahim Sterlinqlə müqavilənin müddətinin uzadılması ilə bağlı danışıqlar aparır.
Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, İngiltərə təmsilçisi 25 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddətini 2024-cü ilin iyununa kimi uzatmaq istəyir. "Siti"nin Sterlinqin illik maaşının 20 milyon avroya qədər yüksəltməyə hazır olduğu vurğulanıb.
Qeyd edək ki, Sterlinq bu mövsüm İngiltərə Premyer Liqasında 24 matçda 11 qol vurub, 2 qolun ötürməsini verib.