Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Chrome”un bazar payı üç aydır ardıcıl azalmaqdadır

“Chrome”un bazar payı üç aydır ardıcıl azalmaqdadır

Tarix: 19 Mart 2020 08:24

40 mindən çox sayta daxil olan 160 milyondan çox unikal istifadəçinin aktivliyini izləyən "NetMarketShare" xidmətinin məlumatına əsasən, qlobal brauzerlər bazarında "Chrome"un bazar payı 3 aydır ardıcıl olaraq azalmaqdadır.

Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, 2020-ci ilin fevral ayının nəticəsinə görə, internetə çıxış üçün istifadə edilən masaüstü kompüter və noutbukların 68,85%-nə "Chrome" brauzeri quraşdırılıb. Brauzerin bazar payı 2019-cu ilin noyabrından azalmaqdadır.

Ən populyar brauzerlərin reytinqində ikinci yeri 2020-ci ilin ikinci təqvim ayının nəticəsinə görə, 7,57% bazar payına malik "Firefox" tutub. "Microsoft Edge" brauzerinin bazar payı 7,39% təşkil edib.

"Microsoft" şirkəti "Edge" brauzerinin göstəricilərindən narazı idi və onu tamamilə yenidən işləməli olub. "EdgeHTML" mühərrikinin əvəzinə "Chromium"dan istifadə edilib.

"Microsoft"un digər brauzeri "Internet Explorer" dünyadakı kompüterlərin 6,38%-nə quraşdırılıb.


Etiketlər:  Chromeun bazar payı üç aydır ardıcıl azalmaqdadır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ