Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Mart 2020 08:44
Bakı. Trend:
Monteneqroda yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 8 nəfərə çatıb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu Monteneqronun İctimai Səhiyyə İnstitutunun direktoru Boban Muqoşa deyib.
B.Muqoşa bildirib: "Ölkədə altı yeni virus halı təsdiqlənib, onlardan beşi ilk iki yoluxan şəxslə ünsiyyətdə olan şəxslərdir, daha biri isə yeni haldır. Yoluxanların ümumi sayı 8 nəfərə çatıb. Bu, epidemiyanın genişləndiyindən xəbər verir".
İnstitut direktoru vətəndaşları həkimlərin göstərişlərinə əməl etməyə çağırıb.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı dünyada 200 mindən artıq insanın yeni növ koronavirusa yoluxduğunu, 8 mindən artıq insanın isə bu virusdan öldüyünü bildirib.