Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Mart 2020 11:28
UEFA Avro-2020-nin təxirə salınması səbəbindən 300 milyon avro itki ilə üzləşəcək.
Qol.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb. Bildirilib ki, Avro-2020 ləğv olunması barədə qərar çıxarılsaydı, o zaman bu, qurumun 400 milyon avro itirməsinə gətirib çıxara bilərdi.
Xəbərdə o da qeyd olunub ki, Avropa çempionatından əldə olunan 2.1 milyardlıq gəlir 300 milyon avroluq itkini bağlayacaq və qurum 1.8 milyard avro qazanacaq.
Turnir tamamilə ləğv olunsaydı, itkiləri bağlamaq mümkün olmayacaqdı.
Qeyd edək ki, Avropa çempionatı gələn il 11 iyun-11 iyul tarixlərində keçiriləcək.