Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Mart 2020 22:12
Apple koronavirus pandemiyasından dolayı bir çox layihəni rəfə qaldırsa da, şirkətdən istifadəçiləri sevindirəcək xəbər var.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, texnologiya nəhənginin mütəxəssisləri yeni iPad modeli üzərində çalışırlar.
Qeyd edək ki, Apple analitiki Ming-Chi Kuo yanvarda maraqlı hesabat yayımlamışdı. Hesabatda Apple-ın ilin birinci yarısında təqdim edəcəyi iPad Pro-da artırılmış gerçəklik üçün üç arxa kameraya və dərinlik sensoruna yer verəcəyi qeyd olunurdu. Ancaq hesabat yayımlananda koronavirusun bu qədər böyük problemə çevriləcəyi təxmin edilmirdi.
M.Kuo bu ayın əvvəlində yayımladığı hesabatda isə Mini LED ekranlara sahib yeni iPad Pro, iPad mini və 10.2 düymlük iPad modellərinin 2021-ci ilin sonuna qədər bazara çıxarılacağını vurğulayıb.
Belə ki, Avrasiya İqtisadiyyat Komissiyası məlumat bazasında A2229 model nömrəsi ilə yeni iPad modeli üzə çıxıb.
iOS 13 ilə işləyən planşetin iPad, iPad Pro, yoxsa iPad Mini olduğu bilinmir.
Onu da əlavə edək ki, bu ilin yeni iPad modellərinin Apple A13X Bionic prosessorundan güc alacağı gözlənilir.
Paylaş