Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirusun ilk 3 simptomu açıqlanıb

Koronavirusun ilk 3 simptomu açıqlanıb

Tarix: 19 Mart 2020 22:36

Orqanizmə daxil olduqdan 2 və ya 3 gün sonra COVID-19 boğaz ağrısı və boğazda quruluq yaradır.

Daha sonra təngnəfəslik inkişaf edir. 3-cü simptom quru öskürəkdir (bəlğəm ifraz olunmur).

Mütəxəssislər qeyd edir ki, adi qripdən fərqli olaraq koronavirus daha tez əzələ və oynaq ağrılarına səbəb olur.

Sonxeber.net saglamolun.az-a istinadən bildirir ki, simptomlar bir çox hallarda çox zəif olur və demək olar hiss olunmur. Lakin belə xəstələr daha təhlükəli sayılır. Özünü sağlam hesab edən belə koronavirus daşıyıcısı çölə şıxır, işə gedir və digər insanları yoluxdurur.

Koronavirus yaşlı insanlar üçün xüsusilə təhlükəlidir. Uşaqlar koronavirusun gizli daşıyıcısı ola bilir. Bu səbəbdən mütəxəssislər epidemiya zamanı uşaqların yaşlı insanlarla kontaktlarını məhdudlaşdığımağı tövsiyə edirlər.  


Etiketlər:  Koronavirusun simptomu açıqlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ